Loading...

Haqqımda

Uzm. Dr. Tale Neimetzade 1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Orta təhsilinin ilk 8 ilini Azərbaycanda, son 3 ilini isə Türkiyədə tamamlayıb.

1995-ci ildə Türkiyədə keçirilən ÖSS və ÖYS imtahanlarını uğurla verərək Karadeniz Teknik Universiteti Tibb Fakültəsinə qəbul olunub. 2001-ci ildə ali tibbi təhsilini başa vuraraq həkim diplomu alıb.

2003-cü ildə TUS imtahanını qazanaraq Ondokuz Mayıs Universiteti Tibb Fakültəsinin Plastik, Rekonstrüktiv və Estetik Cərrahiyyə ixtisasına daxil olub. 2008–2009-cu illərdə həmin kafedrada baş asistent kimi fəaliyyət göstərib.

2009-cu ildə “Fərqli mənbələrdən alınmış autoloji kök hüceyrələrinin qarın əzələ toxumasının regenerasiyası prosesinə təsiri” mövzusunda uzmanlıq dissertasiyasını müdafiə edərək Plastik, Rekonstrüktiv və Estetik Cərrah ixtisası üzrə uzmanlıq dərəcəsi alıb.

2010–2012-ci illərdə Türkiyənin Tokat şəhərində yerləşən Tokat Dövlət Xəstəxanasında yeganə plastik cərrah kimi çalışıb və bu müddət ərzində 600-dən çox estetik və rekonstrüktiv cərrahi əməliyyat icra edib.

2012-ci ildə ABŞ-ın Texas ştatında yerləşən El Paso Cosmetic Surgery klinikasında Dr. Ozan Sözerin rəhbərliyi altında 3 aylıq beynəlxalq təcrübə proqramında iştirak edib. Bu dövrdə xüsusilə sinə estetikası, bədən formalaşdırma və üz gərmə əməliyyatları sahəsində geniş praktiki təcrübə qazanıb.

2012-ci ildən etibarən Bakı şəhərində yaşayır və tibbi fəaliyyətini burada davam etdirir. Hal-hazırda Badam Medical Center-də Estetik və Plastik Cərrahiyyə Mərkəzində, eyni zamanda Türkiyənin Ankara şəhərində yerləşən Özel Ankara Koru Hastanesi-də estetik və plastik cərrah kimi fəaliyyət göstərir.

Uzm. Dr. Tale Neimetzadenin əsas məqsədi təbii estetik görünüşün qorunması, funksional nəticələrin saxlanılması və pasiyentlərə müasir, təhlükəsiz və fərdi yanaşmaya əsaslanan plastik cərrahiyyə xidmətləri təqdim etməkdir.

Üstünlüklər

Təcrübə, texnologiya və fərdi yanaşmanın birləşdiyi peşəkar estetik xidmət!
Service icon
Uzunmüddətli təcrübə

İllərin klinik təcrübəsi nəticəsində hər pasiyent üçün təhlükəsiz, dəqiq və proqnozlaşdırılan estetik nəticələr

Service icon
Fərdi yanaşma

Hər pasiyentin bədən quruluşu, ehtiyacı və gözləntiləri nəzərə alınaraq ona xüsusi müalicə planı.

Service icon
Müasir metodlar

Ən son plastik cərrahiyyə texnikaları və yenilənən tibbi yanaşmalarla təbii görünüş.

+
İl
+
pasiyent 
%
məmnuniyyət

Badam Medical Center
Özel Koru Hastanesi

AZE: (+994) 50 531 36 00
TR: (+90) 542 778 99 28

drtale@gmail.com